Abstract :
Məqalədə Dini virtual təhsilin keyfiyyət dərəcəsinin ölçü meyarlarında söhbət açılır. Virtual təhsil sisteminin lazımlı olması və faydaları haqqında danışılır. Virtual təhsil sisteminin başqa təhsil sistemlərilə müqayisədəki üstünlüklərinə işarə olunur. Dini virtual təhsilin ölçü meyarı haqqında söhbət açılır. Virtual dini təhsil sisteminin bizdən bir neçə tələbləri müzakirə edilir. Əsrlər boyu dünya mütəfəkkirləri arasında özünə məxsus fikir və düşüncəsi olan şəxslər yaşayıbyaratmış, öz zəkası ilə bəşəriyyətə xidmətlər etmişlər. İnsanlıq bu şəxslərə çox şey borcludur. Məhz bu elm fədailərinin sayəsində insane dəyərlər inkişaf etmiş, düşüncələr işıqlanmış, qaranlıqlar aydınlığa qovuşmuşdur. Adından məlum olduğu kimi, Virtual təhsil sistemi, audio, video, sayt, televiziya və sair müxtəlif virtualelektron vasitələrlə, icra edilən təhsil sistemidir. Həqiqətdə, Virtual təhsil sistemi müasir texnologiyadan istifadə etməklə qiyabi şəkildə onlayn fəzada təhsil almaqdır. Başqa sözlə desək, Virtual təhsil sistemində tədris olunan mövzular, audio, video və mətndən istifadə edilərək, şagird və müəllim, yaxud şagirdlər arasında fikir mübadiləsi yüksək şəkildə icra edildiyinə görə, təhsilin keyfiyyəti ən məqbul həddə yetişir. Müasir və inkişaf etmiş vasitələrdən istifadə edərək, elmi və ümumi məlumatları daha gözəl və üstün keyfiyyətlə təqdim etmək mümkündür. Misal olaraq, sayt vasitəsi ilə məlumat əldə edərkən, sizə təqdim olunan məlumatlar hər nə qədər rəngarəng və çox çeşidli olarsa, bir o qədər də, yüksək nəticə əldə edə bilərsiniz. Virtual təhsil zamanı tədris olunan mətnlər bir neçə formatda təqdim edilir. Həmçinin, bu proses, təhsil müdiriyyəti, şagirdlərin tərkib tapdığı qruplar, mütəxəssislər və dərslikləri hazırlayanları əhatə edir. Virtual təhsil sistemindən istifadə etməklə, şagirdlər onlara münasib olan zaman hüdudunda bəhrələnə bilirlər. Bu təhsil sisteminin ən dəyərli xüsusiyyətlərindən biri də, təhsil sahəsindəki nazir məqamların, müdirlərin, müəllimlərin tədris formasına, keyfiyyətinə və şagirdlərin fəaliyyətlərinə nəzarət etmək imkanının olmasıdır.