Abstract :
Hamılıqla Allahın ipinə sarılın və prakəndə olmayın. Allahın nemətlərini xatırlayn. Birbirinizin düşməni olduğunuz vaxt Allah qəlblərinizin arasına ülfət saldı. Həqiqət isə budur ki, başlıca insan haqları epistemoloji və onoloji baxımdan vicdan və xeyir məsələsidir. Bu haqlar insanın etik təbiəti ilə əlaqəlidir. Onlar yazılı qanunlardan, hakimiyyətdən qabaq da mövcud olmuşdur. Yəni, hüquqlar əşyaların təbiətindən, insanın fitrətindən, vicdanın səsindən doğmuşdur... Adəmin ə. övladlarının qissəsində bunu açıqaşkar görürük. Habil fitrətən dərk etmişdir ki, həyatda olmaq, yaşamaq onun müqəddəs haqqıdır, buna müdaxilə isə aşkar günahdır. Bu səbəbə İslam dini ədaləti meyar götürərək,qeyri islam dininin nümayəndələri və islam məzhəblərinin ardıcılları ilə dostluq və qardaşlıq münasibətlərinin qurulmasına təşviq etmişdir. Hər bir dövrün tələbləri olduğu kimi ,müasir dövründə özünə məxsus tələb və ehtiyacları mövcuddur. Bu ehtiyacları və tələbləri tanımaq və ödəmək hər bir fərdin çiyninə düşən vəzifələrdəndir. Bu səbəbə İmam Sadiq (ə) bizləri yaşadığımız dövrün tələblərini tanımağa səsləyir. Yəni dövrümüzdən agah olmağa səsləyir, yalnız agahlıq nəticəsində qarşılaşdığınız müşküllərlə laiqli mübarizə apara bilərsiniz deyə bir simaric qoyur. Virtual aləm yşadığımız çağdağ dövrün tələblərindən olan, insan həyatının ayrılmaz bir hissəsi kimi desək yanılmarıq. Virtual aləm fikir və düşüncələrin, idioloji məktəb və görüşlərin təlqin vö təbliğ olunduğu bir məkandır. Bizim boynumuza düşən vəzifə, sadəcə çalışmaqdan ibarətdir. Qurankərim buyurur: “İnsan çalışdığından artıq heç bir mükafat almayacaq.Amma,öz səylərinin mükafatını tezliklə alacaq.” Quranikərimin buyurduğu kimi iman və ağıl sahibi bu yolda var gücünü səfərbər edərk ədaləti meyarını pozmayacaq.
Keywords :
Dinlərin Dialoqu , Məzhəblərin Dialoqu , Dostluğu , Virtual Aləmdəki